AZ

Keçmiş məcburi köçkün: Həmişə ümid edirdik ki, Vətənimizə qayıdacağıq VİDEO

Ağdərə, 8 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Həmişə ümid edirdik ki, Vətənimizə qayıdacağıq. Bu günü səbirsizliklə gözləyirdik. Allaha şükürlər olsun, bu gün Vətənimizə gəlmişik.

Bu sözləri bu gün Ağdərə rayonunun Vəngli kəndinə köç edən keçmiş məcburi köçkün Tünzalə Şirinova AZƏRTAC-a müsahibəsində deyib.

"Bu gün çox sevinirəm. Qızımla, nəvələrimlə birgə Vətənimizə qayıtmışıq. Bundan gözəl heç nə ola bilməz. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərə cansağlığı versin. Prezidentimizə minnətdarlığımı bildirirəm", - deyə o qeyd edib.

Seçilən
25
4
azertag.az

5Mənbələr