"Başakşəhər" klubu baş məşqçi postuna Nuri Şahini gətirməyi planlaşdırır.

Offsideplus.az xəbər verir ki, Çağdaş Atanla yollarını ayıran İstanbul təmsilçisi komandanı 37 yaşlı mütəxəssisə əmanət etmək istəyir.

Bu barədə "beIN SPORTS" məlumat yayıb.

N. Şahin son olaraq Dortmund "Borussiya"sını çalışdırıb. O, daha əvvəl də "Antalyaspor" klubunda baş məşqçi kimi işləyib.