AZ

Fələstin: "Hücumu pisləyirik"

İsrail mətbuatının yaydığıməlumataəsasən, bəyanatda "hər cür zorakılıq aktının pisləndiyi, yolverilməz sayıldığı" vurğulanıb.

"Fələstinin və İsrailin mülki əhalisinə qarşı bu və ya digər təhlükəni qınamaq barədə mövqeyimizi bir daha təsdiqləyirik",– muxtariyyət rəhbərliyi bildirib.

Maraqlıdır ki, Fələstin Muxtariyyəti son illərdə fələstinlilər tərəfindən həyata keçirilmiş hücumlarla əlaqədar hər hansı şərh vermir. Bu bəyanat Qüdsdə baş vermiş terror aktını "dolayı" nəzərdə tutsa da, muxtariyyətin məhz bu hadisədə "dilə gəlməsi" təəccüb doğurur.
Smotriç:"Muxtariyyət ləğv olunmalıdır"

Xatırladaq ki, bu gün Qüds şəhərinin şimalında terror hadisəsi meydana gəlib. Nəticədə 5 nəfər həyatını itirib, 11 nəfər yaralanıb. Hücumu həyata keçirən iki terrorçu hadisə yerində zərərsizləşdirilib. Məlumata görə, onlar İordan çayının qərb sahilinin sakinləridirlər.

Fələstinin iranyönümlü HƏMAS terror təşkilatı hücumu "alqışlasa da", məsuliyyəti öz üzərinə götürməyib. Digər tərəfdən, İsrailin maliyyə naziri Betsalel Smotriç özünün "X" hesabında hücuma münasibət bildirib:

"İsrail Dövləti öz uşaqlarını "yəhudiləri öldürmək məqsədilə böyüdən" Fələstin Muxtariyyətinin mövcudluğuna yol verə bilməz. Fələstin xəritədən silinməli, terrorçuların məskunlaşdıqları kəndlər Rəfəh və Beyt-Hanunun (Qəzza zolağındakı dağıdılmış şəhərlər – red.) gününə düşməlidir",– o yazıb.

Firudin Həmidli
AzVision.az
Seçilən
20
1
azvision.az

2Mənbələr