AZ

Azərbaycanda məktəblərdəki kompüterlərin sayı 19 % dən çox artıb

Banco.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

2024-сü il oktyabrın 1-i vəziyyətinə Azərbaycanda 4 352 əyani ümumtəhsil məktəbində kompüter olub ki, bu da bütün məktəblərin 99,9 %-ni təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin eyni dövrü ilə müqayisədə kompüteri olan məktəblərin sayı 42 ədəd azalıb.

Bu cür məktəblərin 3 095 ədədi (əvvəlki ilə nisbətən 49 ədəd az) kəndlərdə, müvafiq olaraq 1 257 ədədi (7 ədəd çox) şəhərlərdə, o cümlədən 387-si Bakıda (10 ədəd çox) yerləşir.

Ötən il məktəblərdə 135 984 (22 095 ədəd və ya 19,4 % çox) kompüter, o cümlədən şəhər məktəblərində 97 380 (22 253 ədəd çox) kompüter olub.

Ölkə üzrə məktəblərdəki kompüterlərin 56,1 %-i (2,3 faiz bəndi az), o cümlədən şəhər məktəblərində mövcud olan kompüterlərin 59,3 %-i (4,2 faiz bəndi az), kənd məktəblərində - 47,9 %-i (0,6 faiz bəndi az) internetə qoşulmuş olub. Bu parametr üzrə ən yüksək göstərici Naxçıvan Muxtar Respublikasında qeydə alınıb. Belə ki, muxtar respublikadakı məktəblərdə mövcud kompüterlərin 90,9 %-nin (0,4 faiz bəndi çox) internetə çıxışı olub. Ən aşağı göstərici (36,4 %) Şərqi Zəngəzur iqtisadi rayonunda olub.

Ölkə üzrə orta hesabla bir kompüterə düşən şagird sayı 12-ə (2 nəfər az) bərabər olub.

Bütövlükdə 932 599 (13 255 nəfər çox) şagird internetdən istifadə edib. İnternetdən istifadə etmiş şagirdlərin ölkə üzrə məktəblərdə təhsil alan şagirdlərin sayına nisbəti 58,1 % (1 faiz bəndi çox) olub. Bu komponent üzrə də liderlik Naxçıvana məxsusdur. Muxtar respublikada təhsil alan şagirdlərin 99,9 %-i (0,4 faiz bəndi çox) ötən il internetdən istifadə edib. Ən aşağı (27,9 %) göstərici isə yenə də Şərgi Zəngəzur iqtisadi rayonunda qeydə alınıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
60
1
banco.az

2Mənbələr