Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Keir Starmer öz ölkələrinin əhalisinə əhəmiyyət vermədən Ukraynanı dəstəkləməyə davam edirlər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikri Pentaqonun rəhbərinin keçmiş müşaviri Duqlas Makqreqor deyib.
"Böyük Britaniya və Fransa müflisləşir, tezliklə özlərini təmin edə bilməyəcəklər. Bu ölkələrə rəhbərlik edən adamlar öz xalqının mənafeyini qətiyyən düşünmürlər. İndi həmin insanlar Ukrayna münaqişəsində qalib gəlməli olduqları təşəbbüsü irəli sürürlər. Bu tam absurdluqdur", - o bildirib.
Qeyd edək ki, sentyabrın 4-də Makron bəyan edib ki, “istəklilər koalisiyasının” 26 ölkəsi sülh sazişi imzalanacağı təqdirdə mümkün təhlükəsizlik zəmanəti kimi Ukraynaya öz hərbi kontingentlərini göndərmək niyyətlərini təsdiqləyiblər.
Starmerin ofisi həmçinin bildirib ki, Britaniya Baş naziri koalisiya tərəfdaşlarının Ukraynanın arsenalını daha da gücləndirmək üçün uzun mənzilli raketlər verməyə hazır olduqları barədə bəyanatlarını alqışlayıb.