Bu barədə Metbuat.az-a Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc bildirib.
Onun sözlərinə görə, Səbail rayonunda yerləşən fərdi yaşayış evləri ötən illə müqayisədə 26,5% bahalaşıb.
Cari ilin iyul ayı ilə müqayisədə isə bu rayon üzrə 1,1% bahalaşma olub.
Qiymət artımlarında Səbaili Nizami, Nərimanov və Xəzər rayonları izləyib. Nizamidə fərdi yaşayış evləri 18%, Nərimanov və Xəzərdə isə müvafiq olaraq 17,8% və 16,5% bahalaşıb. İyul ilə müqayisədə bu rayonlar üzrə bahalaşma müvafiq olaraq 1%, 1,5% və 2,1% olub.
İllik müqayisədə Nəsimidə 15,2%, Sabunçuda 14,8%, Binəqədidə 13%, Suraxanıda 12,4%, Yasamal rayonunda isə 11,5%-lik bahalaşma olub. İyul ilə müqayisədə Nəsimi, Sabunçu və Binəqədidə 1%-lik, Suraxanı və Yasamalda isə 0,5%-lik qiymət artımları olub.
5Mənbələr
-
bizim.mediaBakının bu rayonunda evlər BAHALAŞIB ( 21122179)
-
demokrat.azBu rayonda evlər bahalaşıb ( 21120850)
-
metbuat.azBu rayonda evlər bahalaşıb ( 21120715)
-
metbuat.azBu rayonda evlər bahalaşıb ( 21120640)
-
teleqraf.comSəbaildə fərdi yaşayış evləri 26%-dən çox bahalaşıb - Rayonlar üzrə statistika ( 21120370)