AZ

Hindistan, Ermənistan və İran dəhliz məsələsini müzakirə edəcək

BAKI, 8 sentyabr. TELEQRAF

Hindistan və İran əlaqələri yaxşılaşdırmaq üçün bu həftə Tehranda məsləhətləşmələr aparacaq.

Teleqraf xəbər verir ki, bu barədə “The Economic Times” məlumat yayıb.

Qəzetin yazdığına görə, danışıqlarda İranın Çabahar limanının fəaliyyətinin təşviqi, Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, eləcə də digər məsələlər müzakirə olunacaq. Bu, iyunda İran ilə ABŞ və İsrail arasında baş vermiş hərbi toqquşmadan sonra tərəflər arasında ilk strukturlaşdırılmış dialoq olacaq.

Mənbə Hindistan, Ermənistan və İran arasında üçtərəfli görüşün olacağını da bildirib: “Bu görüş Ermənistanla Azərbaycan arasında bu yaxınlarda paraflanmış sülh sazişi ilə tanış olmaq imkanı verə bilər”.

Hindistan və İranın təhlükəsizlik şuralarının katibləri Acit Dovalla Əli Laricani sentyabrın 6-da telefon danışığı aparıb. İran tərəfinin məlumatına görə, söhbətdə iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, təhlükəsizlik və müdafiə əlaqələrinin inkişafı, həmçinin Çabahar limanının inkişafı layihəsi müzakirə olunub.

Seçilən
50
teleqraf.com

1Mənbələr