AZ

"Qarabağ"ın rəqibinin futbolçusu 10 aylıq diskvalifikasiya olundu

BAKI, 8 sentyabr. TELEQRAF

"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində rəqibi İspaniyanın "Atletik" klubunun futbolçusu Yeray Alvares antidopinq qaydalarını pozduğuna görə 10 aylıq diskvalifikasiya edilib.

Teleqraf qurumun rəsmi saytına istinadən xəbər verir ki, Alvares ötən mövsüm Avropa Liqasının "Mançester Yunayted"lə (İngiltərə) ilk yarımfinal oyunundan sonra dopinq testi verib və müsbət nəticə göstərib.

Onun cəza müddəti iyunun 2-dən hesablanıb. Diskvalifikasiya 2026-cı il aprelin 2-də başa çatacaq.

Qeyd edək ki, 30 yaşlı Alvares 2016-cı ildən "Atletik"də çıxış edir. O, komanda ilə 2021-ci ildə İspaniya Superkubokunu, 2024-ci ildə isə İspaniya Kubokunu qazanıb. "Atletik" - "Qarabağ" oyunu oktyabrın 22-də keçiriləcək.

Seçilən
7
2
teleqraf.com

4Mənbələr