AZ

FHN Zaqatalada körpüdən çay kənarına düşən şəxsi xilas ETDİ

Zaqatalada körpüdən çay kənarına düşən şəxs xilas olunub.

Redaktor.az FHN-ə istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin Yanğınsöndürmə Qüvvələrinin İdarəetmə Mərkəzinə Zaqatala şəhərində 1 nəfərin körpüdən çay kənarına düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar hadisə yerinə Nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.

Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər xilas olunaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Məlumata görə, Tala çayının üzərindəki körpüdən çay yatağına yıxılan 40 yaşlı Elçin İsayev xəsarətlər alıb.

O, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusuna yerləşdirilib.

Seçilən
38
6
redaktor.az

7Mənbələr