AZ

Azərbaycan Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisində iştirak edir

Çinin Fuciən əyalətinin Siamen şəhərində 25-ci Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi (“CIFIT 2025”) işə başlayıb.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) məlumatına görə, İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanın Çindəki ticarət nümayəndəsi Aparatı və AZPROMO-nun təşkilatçılığı ilə “Invest in Azerbaijan” vahid ölkə stendi ilə təmsil olunan ölkəmiz sərgidə ikinci dəfə iştirak edir.

Sərgidə Azərbaycanın biznes və investisiya mühiti və imkanları haqqında məlumatlar nümayiş olunur. Bununla yanaşı, stenddə Ələt Azad İqtisadi Zonasında, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında və Naxçıvan Muxtar Respublikasında investorlara təklif olunan imtiyazlar, ölkəmizin nəqliyyat-tranzit potensialı, turizm perspektivləri təqdim olunur.

Həmçinin AZPROMO, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA), Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Dövlət Neft Fondunun fəaliyyət istiqamətləri barədə məlumatlar, vizualvə çap materiallar təqdim olunur. Bununla yanaşı, stenddə “Made in Azerbaijan” məhsullarının nümayiş olunduğu “Azərbaycan Ticarət Evləri” guşəsi də təşkil olunub.

Siamendə səfərdə olan Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti “CIFIT 2025” sərgisini ziyarət edib, Azərbaycan stendi ilə tanış olub.

Sentyabrın 11-dək davam edəcək və 50-dən çox ölkə stendinin yer aldığı sərgidə 110-dan çox ölkə və regiondan nümayəndə heyətləri iştirak edir.

Seçilən
17
3
vergiler.az

4Mənbələr