Azərbaycanın çövkən yığmasının dünya çempionatındakı rəqibləri bəlli olub.
Bu barədə Azərbaycan Atçılıq Federasiyasından məlumat verilib.
Rəqiblər Daşkənddə keçirilən Asiya çempionatından sonra müəyyənləşib.
Yarışın qalibi finalda Pakistanı 4:0 hesabı ilə məğlub edən Özbəkistan millisi olub.
Pakistan ikinci, Qazaxıstan yığması isə üçüncü yeri tutub.
Beləliklə, dünya çempionatında Azərbaycan yığması Özbəkistan və Pakistana rəqib olub.
"Cebheinfo.az"