Millimizin baş məşqçisi Fernandu Santuşla yollar ayrılıb. AFFA rəhbərliyi ilə portuqaliyalı mütəxəssis arasında müqaviləyə qarşılıqlı razılıqla xitam verilib.
"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Millimizi DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə oyuna U-21 komandamızın baş məşqçisi Ayxan Abbasov çıxaracaq.
Xatırladaq ki, Santuş bu vəzifəyə ötən ilin iyun ayının 12-də təyin olunmuşdu. Yığmamız son olaraq DÇ-2026-nın seçmə mərhələsinin ilk turunda İslandiyaya 0:5 hesabı ilə məğlub olub.
Santuşun rəhbərliyi altında millimiz rəsmi və qeyri-rəsmi matçlar da daxil ümumən 11 oyun keçirib, onlardan 9-da uduzub, 2-də isə heç-heçə edib. Komanda bir oyunda belə qələbə qazana bilməyib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta