AZ

Türkiyənin İzmir şəhərində terror hücumu - 2 polis şəhid olub (FOTO)

Bakı. Trend:

Türkiyənin İzmir şəhərində Salih İşgören adına Polis Mərkəzinəsilahlı hücum olub.

Bu barədə TrendTürkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata əsasən, kimliyi məlum olmayan şəxs odlu silahla mərkəzəatəş açıb. Hadisə barədə məlumat daxil olduqdan sonra polismərkəzinə təcili tibbi yardım briqadaları cəlb edilib.

Hadisə nəticəsində 2 polis əməkdaşının şəhid olduğu, 6 nəfərinyaralandığı bildirilir. Məlumata görə, yaralı polislərdən birininvəziyyəti ağırdır.

Bu arada, "Haber7" hücumu həyata keçirən şəxsin 16 yaşlı biryeniyetmə olduğunu yazır. Sosial şəbəkələrdə onun müşahidəkamerasına düşmüş təsviri yayılıb. Polis hücumu həyata keçirənşəxsi saxlayıb və üzərində çox sayda mərmi aşkarlayıb. Ərazidəgenişmiqyaslı təhlükəsizlik tədbirləri həyata keçirilir.

Türkiyənin
Türkiyənin
Türkiyənin
Məqalədə:
Seçilən
6
1
az.trend.az

2Mənbələr