AZ

"CineMastercard" kinoteatrında "Cadu 4: Son Ayin" filminin premyeradan öncəki nümayişi baş tutdu

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"CineMastercard" kinoteatrında ilin ən gözlənilən "Cadu 4: Son Ayin" Amerika qorxu filminin premyeradan öncəki nümayişi keçirilib. Tədbir "Portal Games" kvesti ilə əməkdaşlıq sayəsində həqiqətən də yaddaqalan hadisəyə çevrilib. Burada özünəməxsus mühit formalaşıb və qonaqlar qorxu ilə mistikanın nadir və unudulmaz təsirini hiss ediblər.
Qonaqlar hələ film başlamazdan əvvəl özlərini o biri dünyanın mərkəzində hiss ediblər. Tədbir üçün xüsusi olaraq tematik fotozona hazırlanıb. Peşəkar aktyorlar isə fövqəltəbii aləmin qəhrəmanlarına çevrilərək "Cadu" süjetinə tam qərqolma effekti yaradıblar.
Qapalı nümayişdə "Mastercard" beynəlxalq ödəniş sisteminin "Priceless" təcrübələr çərçivəsində dəvət olunan xüsusi qonaqlar, tanınmış simalar, ictimai xadimlər, jurnalistlər, bloqerlər, sahibkarlar və iri təşkilat rəhbərləri iştirak ediblər.
Tədbirin təşkilində "Portal Games", "Mado" restoranı, foto və video "Light in Black" kreativ şirkəti, işıq effektləri "ProEvents", Azərbaycanda ilk orqanik şərab istehsalçısı - "Meysəri" şərabları və "Red Bull" dəstək göstəriblər.
Məşhur franşizanın dördüncü hissəsi tanınmış demonoloqlar və paranormal hadisələr üzrə ekstrasenslər Ed və Lorreynin həyat və araşdırmalarının qaranlıq xronikasını açmağa davam edir. Əvvəlki filmlərdə olduğu kimi, bu hissə də real hadisələrə əsaslanır və izləyiciləri daha gərgin, sirli və gözlənilməz süjet xətti ilə heyrətləndirməyə hazırdır.
Rejissor: Maykl Çaves.
İstehsalat: "Warner Bros. Pictures".
Baş rollarda: Vera Farmiqa, Patrik Uilson və başqaları.
Tədbir qonaqlara nəinki filmə baxmağa, hətta nümayiş başlamazdan əvvəl qorxu mühitini hiss etməyə imkan verib.
Tamaşaçılar "CineMastercard" kinoteatrlar şəbəkəsində ilin ən gözlənilən "Cadu 4: Son Ayin" qorxu filmini türk, ingilis və rus dillərində izləyə biləcəklər. Bundan əlavə, film 4DX və "ScreenX" formatlarında da təqdim olunur. Bu texnologiyalar ekranda baş verənləri daha real hiss etməyə imkan verir və izləmə təcrübəsini maksimum dərəcədə həyəcanverici edir.
Seçilən
36
oxu.az

1Mənbələr