1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyə təmsilçisi "Fənərbağça" futbolçusu Cengiz Ünderi "Beşiktaş"a icarəyə verib.
Oxu.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər mövsümün sonuna qədər müqavilə imzalayıblar.
"Beşiktaş" rəsmiləri futbolçunun performansından razı qalacaqları təqdirdə birdəfəlik transfer etmək hüququna sahib olacaqlar.
28 yaşlı hücumçuya yeni mövsümdə uğurlar və zədəsiz oyunlar arzulanıb.