Ukrayna müharibənin 1293-cü günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Məlumata əsasən, Rusiya indiyə qədər 1 089 060 hərbçi, 11 168 ədəd tank, 23 258 ədəd zirehli döyüş maşını, 32 545 ədəd artilleriya sistemi, 1 481 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 217 hava hücumundan müdafiə sistemi, 422 ədəd hərbi təyyarə, 341 ədəd helikopter, 61 135 ədəd avtomobil texnikası, 57 278 ədəd PUA, 3 691 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 961 xüsusi avadanlıq itirib.