AZ

Azərbaycan idmançısı Avropa çempionatında bürünc medal qazanıb

 Azərbaycan idmançısı Beyrək Bağırov (85 kq) Avstriyanın Veyz şəhərində təşkil olunan böyüklər arasında "Savate Assault" üzrə Avropa çempionatında bürünc medal qazanıb.

Bu barədə Missiya.Az-a Azərbaycan Savat Federasiyasından məlumat verilib.

B.Bağırov qrup mərhələsində Ukrayna və Sloveniya təmsilçilərinə qalib gələrək yarımfinala yüksəlib. Bu raundda fransalı rəqibinə məğlub olan idmançı qitə birinciliyini bürünc medalla başa vurub.

Seçilən
36
2
missiya.az

4Mənbələr