AZ

Azərbaycan güləşçiləri Türkdilli Dövlətlərin Universiadasında 8 medal qazandı

BAKI, 8 sentyabr. TELEQRAF

Azərbaycan güləşçiləri Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilən Türkdilli Dövlətlərin Universiadasında 8 medal qazanıb.

Teleqraf federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, "Ruh Ordo" mədəniyyət mərkəzinin idman zalında keçirilən yarışda bu gün Azərbaycanın daha 4 güləşçisi fəxri kürsüyə qalxıb.

Yunan-Roma güləşində Roman Kərimov (67 kq), sərbəst güləşdə isə Əşrəf Aşırovla (86 kq) Yusif Dursunov (125 kq) qızıl medal qazanıb. Sərbəst güləşçilərimizdən Musa Ağayev (65 kq) isə gümüş medala sahib çıxıb.

Beləliklə, Azərbaycan güləşçiləri Universiadanı 8 (4 qızıl, 2 gümüş, 2 bürünc) medalla başa vurub. Xatırladaq ki, dünən Vədat Qasımlı (60 kq) qızıl, Əli Quliyev (97 kq) gümüş, Ramik Heybətovla (74 kq) Cavad Məmmədov (77 kq) isə bürünc medal qazanıb.

Qeyd edək ki, yekunda Azərbaycanın yunan-Roma güləşi millisi 1-ci, sərbəst güləş yığması isə 2-ci yeri tutublar.

Seçilən
31
13
teleqraf.com

10Mənbələr