Xalq artisti Alim Qasımov şəxsi mülkünü satışa çıxarıb.
ONN media Unikal-a istinadən xəbər verir ki, əmlakın qiyməti 5 milyon manat olaraq göstərilib.
Mülk Bakının Vorovski ərazisində, Heydər Əliyevin adını daşıyan məscidin yaxınlığında, 12 sot torpaq sahəsində yerləşir.
***
Alim Qasımov Globalinfo.az-a açıqlamasında məlumatı təkzib edib.
“Evimin satışa çıxarılması ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Bu evdə ailəmlə birlikdə yaşayıram və satılmır”, - xalq artisti bildirib.