AZ

Fərid Qayıbov: “Bu, Azərbaycanın növbəti uğurudur“

BAKI, 8 sentyabr. TELEQRAF

”SportAccord Dünya İdman və Biznes Sammitinin ölkəmizdə keçirilməsi Azərbaycanın növbəti uğurudur”.

Teleqraf xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov deyib.

Nazir 2026-cı ildə bir sıra yarışların baş tutacağını söyləyib:

"Mən özüm də belə nüfuzlu tədbirdə bir dəfə iştirak etmişəm. Azərbaycan Beynəlxalq idman aləmində öz sözümüzü deyib. Hər il növbəti uğura imza atırıq. Beynəlxalq qurumlar da bizə inanırlar və tədbirləri Azərbaycana həvalə edirlər. Bakı 2026-cı ildə dünyanın idman paytaxtı olacaq. Adı qorumaq üçün bir sıra turnirlər keçirəcəyik. Tədbirrlərin sayı daha da artacaq. Bütün dünya ictimaoyyəti bu tədbirdə iştirak edəcək”.

Seçilən
0
2
teleqraf.com

3Mənbələr