Bakı. Trend:
İctimai narazılıqlardan sonra Los-Anceles polis idarəsininəməkdaşları Amerika Birləşmiş Ştatlarının keçmiş vitse-prezidentiKamala Harrisin mühafizəsini dayandırıblar.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Nəşrin yazdığına görə, yerli polis mühafizənin təmin olunmasınısentyabrın 6-dan etibarən dayandırıb.
Bundan əvvəl Amerika prezidenti Donald Trampın onun dövlətmühafizəsini ləğv etməsindən sonra Los-Angeles Times bundan sonraHarrisin mühafizəsinin azı 12 şəhər polis əməkdaşı tərəfindən təminolunacağını yazmışdı.
Qəzet hakimiyyətin bu addımını kəskin tənqid atəşinə tutmuşdu.Digər yandan keçmiş vitse-prezidentin mühafizəsinə məxfi xidmətəvəzinə asayış keşikçilərinin cəlb olunması ictimai qınaq obyektinəçevrilib. Los-Anceles Polisinin Mühafizə Liqası polisəməkdaşlarının sıravi sakinləri qorumalı olduğu halda, onlarınseçkilərdə məğlub olmuş prezidentliyə namizədin mühafizəsinə cəlbolunması “cəfəngiyyat” kimi qiymətləndirib.
Qeyd edək ki, ABŞ-da vitse-prezidentlər postlarını tərk etdikdənsonra onları adətən 6 ay ərzində Məxfi Xidmətin cangüdənlərimühafizə edir.
Tramp avqustun sonlarında Harrisin dövlət mühafizəsinindayandırılması ilə bağlı sərəncam vermişdi.