AZ

Bu gün jurnalistlərin beynəlxalq həmrəyliyi günüdür

ain.az bildirir, Metbuat saytına əsaslanaraq.

8 sentyabr Jurnalistlərin Beynəlxalq Həmrəyliyi günüdür.

Metbuat.az xatırladır ki, Beynəlxalq Həmrəylik Günü 1958-ci ildə Bükreşdə, Beynəlxalq Jurnalistlər Təşkilatının 4-cü Qurultayında təsis edilib. Onun yaranması hitlerçilər tərəfindən 1943-cü il sentyabrın 8-də həbsxanada edam edilmiş çex jurnalisti Yulius Fuçikin xatirəsi ilə bağlıdır. Fuçikin məşhur “Edamqabağı reportaj” əsəri 70-dən çox dilə tərcümə olunaraq dünyanın bir çox ölkələrində nəşr edilib.

Həmrəylik günü münasibətilə bir çox ölkələrdə festivallar, konfranslar, jurnalistlərin qurultayları və digər tədbirlər keçirilir. Qərara əsasən, bu gün bütün ölkələrin jurnalistləri və nəşrləri dünya ictimaiyyətinə, xüsusilə də hüquqlarının qorunması məsələsində həmrəyliklərini göstərməlidirlər.

Qeyd edək ki, Azərbaycan jurnalistləri öz peşə bayramlarını 22 iyul 1875-ci il nəşrə başlayan “Əkinçi” qəzetinin tarixi ilə bağlı olaraq qeyd edirlər.

Ülkər Cəlilzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
metbuat.az

10Mənbələr