AZ

Şimali Kuril adalarında zəlzələ

Şimali Kuril adaları regionunda zəlzələ baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Yujno-Saxalinsk seysmoloji stansiyasının rəhbəri Yelena Semenova məlumat verib.

Məlumata görə, Rixter cədvəli üzrə 5,1 bal gücündə olan zəlzələ 36 kilometr dərinlikdə yerləşib.

Seysmik təkanlar yerli vaxtla saat 8:25-də qeydə alınıb.

Zəlzələnin episentri Sakit okeanda, Severo-Kurilskdən 93 kilometr şərqdə, Paramuşir adasında yerləşib.

Severo-Kurilskdə isə yeraltı təkanlar 3 bal gücündə hiss olunub. Adanın sahillərində sunami xəbərdarlığı verilməyib.

Mina Mikayılova

Seçilən
65
1
bakivaxti.az

2Mənbələr