1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Ağsu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün səhər saat 7 radələrində Şamaxı-Padarçöl yolunun Ağsu rayonunun Navahı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
VAZ-2106 minik avtomobili ilə "Shacman" markalı yük maşını toqquşub. Nəticədə VAZ-2106-da olan 1965-ci il təvəllüdlü İsa Mirələm oğlu Sadıqov hadisə yerində ölüb, onun oğlu, 1992-ci il təvəllüdlü Bəhlul İsa oğlu Sadıqov isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Samir Əli