AZ

Bu qidalar payızda insan immunitetini gücləndirir

Redaktor.az saytına istinadən ain.az xəbər verir.

Balqabaq, balqabaq tumu, alma və armud payızda insanın immunitetini gücləndirməyə kömək edir.

Redaktor.az xəbər verir ki, bu barədə dietoloq Olesya Maxova life.ru-ya danışıb.

Onun sözlərinə görə, payızın gəlişi ilə orqanizm üçqat yüklənməyə məruz qalır: gün işığının azalması, havaların soyuması və mövsümi xəstəliklərin artması.

Dietoloq bildirib ki, vitaminlər, antioksidantlar və liflə zəngin bitki mənşəli məhsullar bütün sistemlərin fəaliyyətini yumşaq şəkildə tənzimləyir və soyuq mövsüm ərəfəsində immuniteti möhkəmləndirir.

“Buna görə də payızda xüsusilə mövsümi tərəvəz və meyvələrin rasiona daxil edilməsi vacibdir”, - deyə o əlavə edib.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
65
1
redaktor.az

2Mənbələr