AZ

Qazaxıstan Prezidenti xalqa müraciət edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu gün, Bakı vaxtı ilə saat 10:00-da xalqa müraciət edəcək.

Missiya.Az xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Ruslan Jeldibay məlumat verib.

O bildirib ki, Prezident müraciəti zamanı ölkənin iqtisadi və sosial siyasətinin ən mühüm məqsəd və vəzifələri ilə bağlı açıqlamalar verəcək.

Dövlət başçısının nitqinin canlı yayımı respublika telekanallarında, eləcə də "Akorda"nın sosial şəbəkələrində rəsmi yayımlanacaq.

Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
63
missiya.az

1Mənbələr