AZ

“Salto vurandan sonra boğuldu” - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Sumqayıtda, Corat qəsəbəsi sahillərində 72 yaşlı Museyib Zakarayev dənizdə boğularaq ölüb.

Bakıvaxtı.az xəbər verir ki, mərhumun Baku TV-yə danışan qohumu bildirib ki, o, dənizdə salto vurandan sonra boğuldu.

M.Zakarayevin qonşusu isə qeyd edib ki, ona havanın küləkli olduğunu, çimməməyini deyib: “Maşında oturmuşduq, dedi gedirəm çimməyə. Dedim, ağsaqqal hava küləklidir, suya girmə. Eşitmədi, dedi ki, bala, qismətdir, nə olacaqsa, olacaq”. 

Seçilən
19
7
bakivaxti.az

9Mənbələr