AZ

Süni intellektin heç vaxt əvəz etməyəcəyi PEŞƏLƏR

"Əmək bazarının süni intellekt tərəfindən dəyişdirilməsinə baxmayaraq, bəzi peşələr aktuallığını qoruyacaq".

Oxu.Az xəbər verir ki, bunu Gazeta.ru-ya "Miqrant Servis" platformasının direktoru Andrey Kladov bildirib.

"Bu gün ABŞ-də iş yerlərinin yalnız 3%-ə yaxını süni intellektlə tam əvəzlənə bilər, uzunmüddətli perspektivdə isə bu göstərici 27%-ə çatacaq. Eyni zamanda, "McKinsey" beynəlxalq konsaltinq şirkətinin məlumatına görə, 2030-cu ilə qədər 375 milyon iş yeri yoxa çıxa bilər, bununla yanaşı, 97 milyona yaxın yeni iş yeri yaranacaq. Bu, maşınların insan əməyini tamamladığı sahələrdə baş verəcək", - deyə mütəxəssis vurğulayıb.

Kladovun sözlərinə görə, bəzi peşələrdə insanın rolu əvəzolunmaz olaraq qalır:

"Bunlar inşaatçılar, xarratlar, santexniklər, elektrikçilər, yanğınsöndürənlər və çətin şəraitdə, məhdud görünüşlü və pis örtüklü yollarda işləyən yük maşını sürücüləridir.

Seçilən
0
2
demokrat.az

3Mənbələr