AZ

Britaniyada mağaza binasının altında 317 skelet tapılıb

Arxeoloqlar Gloster şəhərində orta əsrlərə aid kütləvi qəbir kəşf ediblər...

Poliqon xəbər verir ki, Britaniyanın Gloster şəhərində aparılan qazıntılar zamanı keçmiş Debenhams ticarət mərkəzinin yerində 317 skelet aşkarlanıb. Hazırda həmin ərazidə yerli universitetin kampusu inşa olunur.

Skeletlərin hamısı son orta əsrlərə aid edilir. Əvvəlki qazıntılarda isə burada Roma dövrünə aid əlavə 83 dəfn tapılmışdı. Arxeoloq Cliff Beytmanın sözlərinə görə, Gloster arxeoloqlar üçün son dərəcə əhəmiyyətli bir məkandır, çünki burada hər dəfə yeni kəşflər ortaya çıxır.

Qazıntılar zamanı skeletlərdən əlavə müxtəlif əşyalar da aşkar edilib, o cümlədən tütün borusu və şərab butulkasının fraqmentləri. Bu tapıntılar bölgənin tarixi və gündəlik həyatı haqqında əlavə məlumat verir.

Xatırladaq ki, sentyabrın 4-də Serbiyada rəmzi döyüşlərdə iştirak etmiş qəhvəyi ayının sümükləri aşkar olunmuşdu.

Poliqon.info

Seçilən
62
3
poliqon.info

5Mənbələr