AZ

HƏMAS-dan BƏYANAT: "Danışıqlar masasına oturmağa hazırıq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



HƏMAS Qəzza zolağında atəşkəs və orada saxlanılan bütün girovların azad olunması ilə bağlı danışıqlara dərhal qayıtmağa hazır olduğunu bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə təşkilatın "Telegram" kanalında yayımlanan bəyanatda bildirilib.
"HƏMAS dərhal danışıqlar masasına oturmağa və bütün girovların azad olunması qarşılığında müharibənin dayandırılması, İsrail ordusunun Qəzzadan çıxması və orada dərhal fəaliyyətə başlayacaq müstəqil Fələstin hökumətinin formalaşdırılması məsələlərini müzakirə etməyə hazırdır", - deyə bəyanatda qeyd olunub.
Təşkilat, həmçinin "İsrailin gələcək saziş çərçivəsində öz öhdəliklərinə əməl edəcəyinə dair zəmanətlərin" verilməsini tələb edib və "vasitəçilərlə daimi əlaqədə olduqlarını, Qəzzaya dair hərtərəfli sazişin hazırlanması üzərində onlarla birgə işlədiklərini" bildiriblər.
Seçilən
17
3
oxu.az

5Mənbələr