Bakı. Trend:
Özbəkistanın Səmərqənd şəhərində keçirilən qadınların FIDE GrandSwiss turnirinin 4-cü turunda Azərbaycan şahmatçısı ÜlviyyəFətəliyeva ukraynalı Mariya Muziçuku məğlub edib.
Trend xəbər verirki, bu qələbə ilə Fətəliyeva 4 turdan sonra 3 xal toplayaraqliderlər qrupuna daxil olub. 5-ci turda o, qara fiqurlarlaAleksandra Kostenyuk ilə qarşılaşacaq.
Digər azərbaycanlı şahmatçıların nəticələri belə olub:
Xanım Balacayeva – Harika Dronavalli ilə heç-heçə edib, 2,5xalla 12-ci pillədə.
Gövhər Beydullayeva – Lela Cavanşvili ilə heç-heçə edib, 1,5xalla 42-ci yerdə.
Açıq turnirdə isə azərbaycanlı şahmatçılar 4-cü turu üç heç-heçəvə bir məğlubiyyətlə başa vurublar:
Şəhriyar Məmmədyarov – Anton Demçenko ilə heç-heçə, 2,5 xalla29-cu yer.
Aydın Süleymanlı – Andrey Yesipenko ilə yarım xal qazanıb, 2,5xalla 20-ci yer.
Rauf Məmmədov – Maksim Lagardla heç-heçə, 2 xalla 70-ci yer.
Məhəmməd Muradlı – Lu Şanleyə məğlub olub, 1 xalla 111-ciyer.