AZ

Zelenski: Tramp, Alyaska zirvəsində Putinə istədiyini verdi

Sherg.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putinin Alyaskada keçirdiyi zirvə görüşü barədə danışıb. 

Sherg.az xəbər verir ki, ABC News-un “This Week” proqramına qonaq olan Ukrayna Prezidenti Volodimir Zelenski, Tramp və Putinin Alyaskanın Ankoric şəhərində keçirdiyi görüşlə bağlı fikirlərini bölüşüb.

Ukraynanın görüşdə yer almamasının “çox kədərləndirici” olduğunu deyən Zelenski əlavə edib:

"Məncə, Prezident Tramp Putinə istədiyini verdi."

Putinin onunla görüşmək istəmədiyini, lakin Trampla görüşə böyük önəm verdiyini vurğulayan Zelenski belə deyib:

"Putin orada olduğuna dair video və görüntüləri hamıya göstərmək istəyir."

Zelenski bildirib: “Putin, Tramp ilə görüşməyi çox istəyirdi və buna nail oldu. Bu isə çox üzücüdür.”

Xatırladaq ki, Tramp və Putin 15 avqustda Alyaskanın Ankoric şəhərində 3 saatlıq görüş keçirmiş, ABŞ lideri mühüm irəliləyişlərin əldə olunduğunu, lakin yekun razılaşmaya nail olunmadığını açıqlamışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
46
sherg.az

10Mənbələr