“Mançester Yunayted”in qapıçısı Andre Onana karyerasını “Trabzonspor”da davam etdirəcək.
Publika.az xəbər verir ki, u barədə insayder Fabritsio Romano məlumat yayıb.
Məlumata görə, 29 yaşlı kamerunlu qolkiper icarə əsasında transferə razılıq verib. Müqavilədə satınalma bəndi nəzərdə tutulmayıb. Daha əvvəl klub rəhbərliklərinin razılıq əldə etdiyi, yalnız oyunçunun qərarının gözlənildiyi bildirilmişdi.