AZ

Rusiya vilayətində keşiş qarət edilib...

...Tver vilayətinin Bejetsk şəhərində kilsələrdən birinin keşişidayanacaqda qarət olunduqdan sonra polisə müraciət etmək məcburiyyətində qalıb.

SİA-nın məlumatına görə, “Allah adamı” 26 min rubl olan pulqabı və mobil telefonunun oğurlandığını bildirib.

Poliskilsə xidmətçilərini və hadisə şahidlərini dindiriblər.

...Və tezliklə cinayəti törədən şəxs müəyyən edilib.

Onun 1987-ci il təvəllüdlü Bejetsk sakini olduğu məlum olub.

Məlum olub ki, keşiş ehtiyatsızlıqdan telefonunu və pulqabısını maşının kapotunun üstünə qoyub, bundan sonra maşına minərək oradan uzaqlaşıb.

Əşyalar cinayətkarın tapdığı yerə düşüb, - Rusiya Daxili İşlər Nazirliyinin Tver vilayəti üzrə məlumatında deyilir.

Şübhəli şəxs oğurlanmış malları, o cümlədən pulun çox hissəsini taparaq müsadirə edib – qalanına isə araq alaraq içib.

Həmin şəxs oğurluq etdiyini etiraf edib, saxlanılıb.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 158-ci maddəsi ilə cinayət işi açılıb.

Əli Babayev

Seçilən
108
1
sia.az

2Mənbələr