AZ

DÇ-2026: Türkiyə millisi İspaniyaya böyük hesabla uduzdu

BAKI, 8 sentyabr. TELEQRAF

Bu gün 2026-cı ildə təşkil olunacaq futbol üzrə dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinin 8 oyunu keçirilib.

Teleqraf xəbər verir ki, qarşılaşmalar A, G, J və E qrupunda gerçəkləşib.

E qrupunun oyunlarında Türkiyə millisi İspaniyaya, J qrupunda isə Qazaxıstan Belçikaya 0:6 hesabı ilə uduzublar.

DÇ-2026 seçmə mərhələsinin oynlarındakı nəticələr belədir:

A qrupu

Almaniya - Şimali İrlandiya - 3:1

Lüksemburq - Slovakiya - 0:1

Xal durumu: Slovakiya - 6, Şimali İrlandiya - 3, Almaniya - 3, Lüksemburq - 0.

G qrupu

Litva – Niderland – 2:3

Polşa - Finlandiya - 3:1

Xal durumu: Niderland - 10 (4 oyun), Polşa - 10 (5 oyun), Finlandiya - 7 (5 oyun), Litva - 3 (5 oyun), Malta - 2 (5 oyun)

J qrupu

Şimali Makedoniya - Lixtenşteyn – 5:0

Belçika - Qazaxıstan - 6:0

Xal durumu: Şimali Makedoniya - 11 (5 oyun), Uels - 10 (5 oyun), Belçika - 10 xal (4 oyun), Qazaxıstan - 3 (5 oyun), Lixtenşteyn - 0 (5 oyun)

E qrupu

Gürcüstan – Bolqarıstan – 3:0

Türkiyə - İspaniya - 0:6

Xal durumu: İspaniya - 6, Türkiyə - 3, Gürcüstan - 3, Bolqarıstan - 0.

Seçilən
24
10
teleqraf.com

10Mənbələr