AZ

DÇ 2026 seçmə mərhələsi: Almaniyadan qələbə, Türkiyə böyük hesabla məğlub oldu

Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin ikinci tur oyunlarına start verilib.

Oxu.Az xəbər verir ki, II turun ilk oyun gününün bütün qarşılaşmaları başa çatıb.

Türkiyə öz meydanında İspaniya ilə üz-üzə gəlib. Ay-ulduzlu komanda gözlənilmədən qonaqlara böyük hesabla uduzub - 0:6.

Almaniya doğma azarkeşləri qarşında Şimali İrlandiya ilə mübarizə aparıb. Meydan sahibləri 3:1 hesabı ilə rəqibdən üstün olublar.

Günün digər matçlarında isə aşağıdakı nəticələr qeydə alınıb:

Belçika - Qazaxıstan 6:0;

Lüksemburq - Slovakiya 0:1;

Polşa - Finlandiya 3:1.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
oxu.az

1Mənbələr