AZ

Armani ilə vidalaşmağa 10 mindən çox insan gəlib

BAKI, 7 sentyabr. TELEQRAF

On mindən çox insan məşhur italiyalı modelyer, “Armani” şirkətinin təsisçisi Corco Armani ilə vidalaşmaq üçünMilanda Armani-Teatro sərgi kompleksinə gəlib.

Teleqraf xəbər verir ki, təşkilatçılar sentyabrın 6-dan insanların Corco Armaniyə ehtiram əlaməti olaraq sərgi kompleksinin binasına gəldiklərini bildiriblər.

Giorgio Armani sentyabrın 4-də 91 yaşında vəfat edib .

Armani doğulduğu Piacenza şəhəri yaxınlığındakı Rivaltadakı ailə məzarlığında dəfn ediləcək. Bir neçə il əvvəl dizayner valideynlərinin və qardaşının dəfn olunduğu ailə qəbrini bərpa edib.

Dəfn mərasimi sentyabrın 8-də keçiriləcək.

“Armani” şirkətinin təsisçisinin 12,1 milyard dollar sərvəti var. Onun sərvətinin taleyinə aydınlıq gətirilməyib.

Övladı olmayan C.Armani heç vaxt ailə həyatı qurmayıb.

Seçilən
2
teleqraf.com

1Mənbələr