ain.az, GlobalInfo portalına istinadən məlumat verir.
ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Venesuelaya qarşı hərbi güc tətbiq edib-etməyəcəyi ilə bağlı suala qısa cavab verib.
Globalinfo.az xəbər verir ki, jurnalistlərin sualını şərh edən Tramp yalnız iki söz işlədib:
“Bunu öyrənəcəksiniz”.
Xatırladaq ki, daha əvvəl ABŞ dövlət katibi Marko Rubio Karib dənizində Venesueladan çıxdığı deyilən narkotik daşıyan gəminin ABŞ hərbçiləri tərəfindən “ölümcül zərbə” ilə vurulduğunu açıqlamışdı. Tramp da Rubionun bu açıqlamasını təsdiqləmişdi.
Ağ Ev isə bundan öncə bəyan etmişdi ki, Vaşinqton Venesueladan gələn narkotik qaçaqmalçılığı ilə mübarizə aparmaq üçün ABŞ-ın bütün hərbi imkanlarından istifadə etməyə hazırdır.
Tahir Turan
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.