AZ

“Mançester Yunayted” ilk növbədə Altay Bayındırla yollarını ayırmalıdır"

Şotlandiya millisinin sabiq futbolçusu və Premyer Liqanın bir sıra klublarında oynamış Kreyq Börli “Mançester Yunayted” rəhbərliyinin hansı oyunçu ilə tezliklə vidalaşmalı olduğunu açıqlayıb.

90deqiqe.Az-ın məlumatına görə, "ESPN" sabiq futbolçunun dediklərini belə çatdırıb. 

“Altay Bayındır. Onlar ondan faydalana bilmirlər. Ola bilsin, o, zərbələrin qarşısını almaqda yaxşıdır – qapıçılara da buna görə pul verirlər. Amma standart vəziyyətlərdən sonra topu saxlamaqda tamamilə acizdir”

Xatırladaq ki, türkiyəli qolkiper 2023-cü ilin payızında “Mançester Yunayted”ə qoşulub. Bu müddətdə o, “qırmızı şeytanlar”ın heyətində 14 matça çıxıb, 24 qol buraxıb və yalnız 3 oyunda qapısını toxunulmaz saxlaya bilib.

Premyer Liqada üç turdan sonra “Mançester Yunayted” 4 xalla 9-cu yerdə qərarlaşıb.

Seçilən
68
90deqiqe.az

1Mənbələr