AZ

Azərbaycan qadın basketbolçuları Avropa Kubokunun finalına yüksəlib

Bakı. Trend:

Danimarkanın paytaxtı Kopenhagendə keçirilən 3x3 basketbol üzrəAvropa Kubokunda Azərbaycan millisinin qadınlardan ibarət komandasıtarixi uğura imza atıb.

Trend xəbər verirki, millimiz qrup mərhələsində Fransa (21:16) və Ukrayna (21:14)yığmalarını məğlub edərək 1/4 finala yüksəlib.

Ardınca Polşa seçməsini 16:13 hesabı ilə üstələyən yığmamızyarımfinalda son Avropa çempionu İspaniya üzərində 21:17 hesablıqələbə qazanaraq finala vəsiqə qazanıb.

Bu nəticə ilə Azərbaycan qadın basketbolu tarixində ilk dəfə 3x3Avropa Kubokunun finalına yüksəlib.

Həlledici görüşdə yığmamız son dünya çempionu olan Niderlandlaqarşılaşacaq. Final oyunu bu gün Bakı vaxtı ilə saat 21:00-da startgötürəcək.

Seçilən
3
1
az.trend.az

2Mənbələr