Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Yəmənin “Ənsar Allah” hərəkatının üzvləri Təl-Əviv, Aşkelon, Aşdod və Eylat şəhərlərində, eləcə də Negev səhrasındakı İsrail hədəflərinə PUA-larla hücum edib.
APA xəbər verir ki, bu haqda husilərin sözçüsü Yəhya Sariya açıqlama verib.
"Yəmən silahlı qüvvələri Negev, Umm ər-Rəşrəş (Eylat), Aşkelon, Aşdod və Yaffa (Tel-Əviv) bölgələrində müxtəlif hədəflərə hücum edərək, çoxsaylı pilotsuz təyyarələrdən istifadə etməklə genişmiqyaslı hərbi əməliyyat keçirib. Əməliyyat zamanı atılan PUA-lar İsrail və ABŞ hava hücumundan müdafiə sistemlərini uğurla keçərək yerinə çatıb.”, - o bildirib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.