AZ

Qalatasaray Osimhen üçün təcili təyyarə göndərdi

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Qalatasaray" Nigeriya millisinin matçında baş verən xoşagəlməz hadisədən sonra hərəkətə keçib.

Oxu.Az "Türkiye Gazetesi"nə istinadən xəbər verir ki, sarı-qırmızılılar Nigeriya millisinin Ruanda ilə matçında zədələnən ulduz hücumçu Viktor Osimhen üçün şəxsi təyyarə göndərib.

26 yaşlı forvard hərtərəfli tibbi müayinədən keçmək üçün İstanbula gətiriləcək.

Osimhenin zədəsinin ciddiliyi ətraflı tibbi müayinələrdən sonra bəlli olacaq. Futbolçu sentyabrın 14-də keçiriləcək "Eyüpspor" və sentyabrın 18-də "Ayntraxt Frankfurt"la Çempionlar Liqası matçını buraxa bilər.

Qeyd edək ki, "Qalatasaray" klubu Osimheni "Napoli"dən 75 milyon avroya transfer edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
25
2
oxu.az

3Mənbələr