AZ

Dişlərindən utananlar OXUSUN

Bizim media saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Dişlərin saralması çox vaxt yemək-içmək vərdişlərindən, diş fırçalama tezliyindən və digər xarici amillərdən asılı olaraq meydana gəlir. Əgər bu hal genetik deyilsə, sadə üsullarla dişlərinizi asanlıqla yenidən ağarda bilərsiniz.Bizim.Media Türkiyə mətbuatına istinadla evdə rahatlıqla tətbiq edə biləcəyiniz 4 təbii diş ağardıcı üsulu təqdim edir:Soda və limonSoda diş üzərindəki ləkələri təmizləyir, limonun təbii turşuluğu isə dişlərin daha parlaq görünməsinə kömək edir. Bir çay qaşığı sodanın üzərinə bir neçə damcı limon suyu əlavə edib qarışdırın. Hazırladığınız məhlulu diş fırçasına çəkərək dişlərinizi 1 dəqiqə ərzində yavaşca fırçalayın. Həftədə 1 dəfə tətbiq etmək kifayətdir.ÇiyələkÇiyələyin tərkibindəki malik turşusu diş üzərindəki ləkələrin azalmasına kömək edir. Bir ədəd yetişmiş çiyələyi əzib püre halına salın və üzərinə yarım çay qaşığı soda əlavə edin. Bu qarışımı diş fırçanızla dişlərinizə sürtün və 2–3 dəqiqə saxlayın. Həftədə bir neçə dəfə tətbiq edildikdə həm dişləri ağardır, həm də ağızda təmizlik yaradır.Hindqozu yağı və sarıkökSarıkök təbii ağardıcı xüsusiyyəti ilə, hindqozu yağı isə ağız sağlamlığına faydasıyla tanınır. Bir xörək qaşığı hindqozu yağına yarım çay qaşığı sarıkök əlavə edib qarışdırın. Bu qarışımla dişlərinizi fırçaladıqdan sonra ağzınızı bol su ilə yaxalayın. Daimi istifadə diş saralmasını əhəmiyyətli dərəcədə azaldır.Alma sirkəsiAlma sirkəsi də təbii turşuluğu ilə dişlərdəki ləkələri aradan qaldıran təsirli vasitələrdəndir. Bir stəkan suya bir xörək qaşığı alma sirkəsi əlavə edin və 30 saniyə ərzində ağzınızı yaxalayın. Həftədə bir neçə dəfə tətbiq etdikdə dişlərdə parıltı yaradır. Lakin diş minasına zərər verməmək üçün həddindən artıq istifadə etməmək vacibdir.Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
2
bizim.media

3Mənbələr