Apa.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Birləşmiş Ştatlarda immiqrasiya reydi zamanı Corciya ştatındakı Hyundai zavodunda saxlanılan 300-dən çox cənubi koreyalı işçi azad ediləcək və vətənə qaytarılacaq.
APA xəbər verir ki, bu barədə Cənubi Koreya hökuməti məlumat yayıb.
Prezident Administrasiyasının rəhbəri Kan Hun-sik bazar günü bildirib ki, Cənubi Koreya və ABŞ saxlanılan işçilərin azad edilməsi ilə bağlı danışıqları yekunlaşdırıblar. ABŞ immiqrasiya orqanları həmin işçiləri cümə axşamı günü saxlamışdı. Onun sözlərinə görə, Cənubi Koreya qalan inzibati prosedurlar tamamlanan kimi işçiləri vətənə qaytarmaq üçün çarter reysi göndərəcək.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.