AZ

SABİQ NAZİRİN HƏYAT YOLDAŞI LÜKSENBURQDAKI ŞİRKƏTİNİ BAĞLAYIB - 82.3 milyonluq aktiv Britaniyaya köçürülüb (Sənədlər)

"Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevin həyat yoldaşı Aliyə Babayeva Lüksenburqdakı şirkətini bağlayıb, Avropadakı bütün biznesini Böyük Britaniyaya köçürüb. Keçmiş nazirin həyat yoldaşına məxsus Lüksemburqdakı MERCURY HOLDİNGS Sàrl. 2017-ci ildən bu ilin yanvarına qədər fəaliyyət göstərib və birinci il onun aktivlərinin həcmi 82.3 MİLYON AVRO olub".

Mia.az xəbər verir ki, bu məlumatı jurnalist Cavanşir Həsənli feysbuk-dakı səhifəsində yazıb.

O, yazıya sənədlərdə əlavə edərək bildirib ki, Aliyə Babayeva Britaniyada eyni adlı şirkəti 2023-cü ilin fevralında təsis edib, bu ilin yanvarında Lüksemburqdakı şirkət ləğv olunan kimi Britaniya Şirkətlər Evində yeni şirkətin benefissiarı elan olunub: "Aliyə Babayeva Avropadakı əsas şirkəti üzərindən Gürcüstanın sığorta bazarında aktiv olan JSC PRİME INSURANCE-yə də nəzarət edir. 2023-cü ili əhatə edən son maliyyə hesabatına görə Babayevanın sığorta şirkətinin aktivləri 11 milyon 828 min lari olub".

Samir MUSAYEV

MİA.AZ

Seçilən
95
12
mia.az

10Mənbələr