AZ

“Mançester Yunayted”dən bu yarımmüdafiəçiyə göz dikdi - “Qarabağ”ın rəqibi

“Mançester Yunayted”in yarımmüdafiəçisi Kobbi Mainu “Çelsi”nin qış transfer pəncərəsində əsas hədəfidir.

Sportinfo.az “Man United Source”-yə istinadən xəbər verir ki, London klubu artıq ingiltərəli oyunçu ilə əlaqəyə çıxıb və onu komandada görmək istədiklərini bildiriblər.

20 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 2 oyuna çıxıb və 1 məhsuldar ötürmə verib.

Mainu yay transfer pəncərəsində komandadan ayrılmaq istəsə də, “Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim buna imkan verməyib.

“Çelsi” noyabrın 5-də Çempionlar Liqasında “Qarabağ”ın qonağı olacaq.

Seçilən
3
sportinfo.az

1Mənbələr