AZ

Aktrisanın serialdakı dəyişən görünüşünün səbəbi açıqlandı - FOTO

Türkiyəli aktrisa Vildan Ataseverin "Aile Seadeti" serialında canlandırdığı Tülay obrazı ilə son dövrlər diqqət mərkəzinə düşüb. Serialdakı görünüşündəki fiziki dəyişiklik, yəni kilolu görkəmi tamaşaçılar arasında maraq doğurub.

Milli.Az-ın Türkiyə KİV-lərinin məlumatına görə, 44 yaşlı aktrisa hazırda 5 aylıq hamilədir və oğul övladı dünyaya gətirəcək. Bu səbəbdən də onun fiziki görünüşündəki dəyişiklik təbii qarşılanır.

Qeyd edək ki, Vildan Atasever 2021-ci ildə tanınmış müğənni Mehmet Erdem ilə ailə həyatı qurub.

Xatırladaq ki, aktrisa "Aile Seadeti" serialında Tülay obrazını canlandırır. O, bundan əvvəl "Kurtlar Vadisi", "Osmanlı Tokadı", "Muhteşem Yüzyıl: Kösem", "Payitaht Abdülhamid", "Kasaba Doktoru" və digər məşhur layihələrdə də rol alıb.

Kənan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
6
2
milli.az

3Mənbələr