AZ

Məşhur brendin sahiblərinin əmlakına həbs qoyuldu - FOTO

Rusiyada məhkəmə icraçıları məşhur "KDV Qrupu"nun sahibləri, qardaşlar Nikolay və Denis Ştenqelovların, eləcə də onların "Kiriyeşki" və "Yashkino" brendlərinə sahib olan "Konditerus Kom" SC şirkətinin əmlakının həbsinə başlayıblar.

Bu barədə Milli.Az "RIA Novosti"yə istinadla xəbər verir.

Məlumata görə, Moskvanın Tver Rayon Məhkəməsi tərəfindən 271 icra vərəqəsi verilib və həmin sənədlər iddiaçı tərəfə təqdim olunub.

Qeyd edilir ki, avqustun sonunda Rusiya Baş Prokurorluğu Nikolay və Denis Ştenqelovlar barəsində "ekstremist birlik" kimi tanınması ilə bağlı inzibati iddia qaldırıb. İddiada Ştengelov qardaşlarının gəlirlərinin, o cümlədən "KDV" şirkətlər qrupuna daxil olan "Konditerus Kom" SC-nin gəlirlərinin dövlət xeyrinə müsadirə olunması tələb edilir.

Baş Prokurorluğun iddiasında bildirilir ki, hazırda xaricdə yaşayan iş adamları Rusiyadakı biznesdən əldə etdikləri gəlirləri Ukrayna ordusunun və terrorçu təşkilatların maliyyələşdirilməsinə, eləcə də "düşmən ölkələrin" iqtisadiyyatının dəstəklənməsinə yönəldirlər.

Kənan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
8
6
milli.az

7Mənbələr