ABŞ-ın Corciya ştatında Cənubi Koreyanın "Hyundai" elektromobil batareyaları istehsal edən zavodunda keçirilən reyd zamanı Amerika miqrasiya orqanları 300-dən çox Cənubi Koreya vətəndaşını saxlayıb.
APA xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bundan əvvəl ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinə istinadən AP agentliyi bildirmişdi ki, ümumilikdə reyd zamanı təxminən 475 xarici vətəndaş saxlanılıb.