AZ

Şahzadə Diananın son anlarında dediyi sözlər AÇIQLANDI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Böyük Britaniya şahzadəsi Diana həyatının son sözlərini təsadüfi bir insana - Parisdəki dəhşətli qəza yerinə ilk çatan xilasedicilərdən birinə deyib. Bu şəxs faciənin şahidi olmuş yanğınsöndürən Ksavye Qurmelon olub.
Oxu.Az bu barədə "Radar Online"a istinadla xəbər verir.
Bildirilir ki, hadisə yerinə çatan və peşəkar xilasetmə qrupunun üzvlərindən olan xilasedici qəzaya uğramış avtomobilin arxa oturacağında qalan Dianaya yaxınlaşan ilk insan olub.
"İlk dəfə görəndə o, ayıq idi, gözləri açıq idi. Mənim qarşımda kimin olduğunu dərhal anlamadım. Yalnız təcili tibbi yardım işçiləri onu maşına aparmağa başlayanda başa düşdüm ki, qarşımda dünyanın ən məşhur qadınlarından biri dayanıb", - deyə Ksavye illər sonra xatırlayıb.
Yanğınsöndürən şahzadənin son sözlərini də açıqlayıb: "Diana mənə baxaraq dedi: "İlahi, nə baş verdi?"
Onun sözlərinə görə, o Dianaya dərhal ürək masajı və süni nəfəs verib, nəticədə Diana yenidən nəfəs almağa başlayıb. Daha sonra təcili yardım maşını şahzadəni xəstəxanasya aparıb. Həkimlər gecəyarısı onun həyatını xilas etməyə çalışsalar da, səhər saat 4-də ölüm xəbəri rəsmən elan edilib.
Xatırladaq ki, 36 yaşlı şahzadə Diana 1997-ci il avqustun 31-də faciəli şəkildə həlak olub. Onun sevgilisi, 42 yaşlı Dodi Fayed və avtomobilin sürücüsü də qəzada həyatını itiriblər. Onların minik avtomobili Parisdə Pont de l'Alma tunelində divara çırpılıb.
Seçilən
1
2
oxu.az

10Mənbələr